27 yaşımda öləcəm…

(hekayə) Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı: -Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var… Coşqun mızıldandı, lakin heç nə demədi. … Read more

Musiqiyə enerji verən gitara ifaçıları

Musqiyə qulaq asarkən çox zaman solo ifaçılardan başqa nədənsə qrupun digər üzvlərini unuduruq. Söhbət musiqiyə enerji verən gitara ifaçılarından gedir. Budəfəki yazımda rok tarixində iz qoyan adlardan bir neçəsini yada salmaq istədim. Yazının sonunda süjetə baxmağı unutmayın. Robbi Kriger. Flamenko və caz dərsləri alan Robbi Kriger həmyaşıdlarından fərqli olaraq karyerasını rok üzərində qurdu. O zaman … Read more

Təkrarsız 7 saundtrek

blank

Kino həvəskarı kimi mənim də balaca arxivim var. Elə filmlər var ki, onları məhz rejissora görə almışam, bəzilərini isə musiqisinə görə seçmişəm. Həmin filmlərdən aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm. Siyahı tam deyil, yalnız 7 ekran işini təqdim edirəm. The Last Samurai (2003) Sonuncu SAMURAY, mən bu sözü böyük hərflərlə yazıram. Film amerikanın yapon mədəniyyəti üzərində … Read more

Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

blank

Morrisonun vəfatından 23 il sonra, 1994-cü il aprelin 8-də Kobeynin cəsədi Sietldakı (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən etdilər. “Nirvana” qrupunun yaradıcısı Kurt Kobeyn özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Kortni Lava yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.

Dünyanın məşhur gitaraları

blank

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Bildiyimiz kimi rok və bluz tarixində məhşur gitaraçıların məhşur gitaraları … Read more

Rok, bluz və onun ifaçıları

blank

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar zənciləri Afrikadan zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa, tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə … Read more

Ağ stratokaster

blank

Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram…