Hekayələr

Mən atamı xatırlamıram…

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

Başımı yuxarı qaldıranda gözlərim qamaşdı. Havada fırlanan yadplanetli kosmik gəmi üzümüzə şəfəq saçırdı. Soyuq yanvar ayında qəlbimi isidən bu işıq lopası həyatımı büsbütün dəyişdi. Çünki o, bizə Günəşi hədiyyə etmişdi…

Ərafın dərin qatlarında

O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”

İki dünya arasında

Yerin mənzərəsini iluminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfldən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. …

İki dünya arasında Read More »

İşıqdan gözləri qamaşanlar

Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı Opeli ötüb keçmək istəyəndə üstünə gələn Kamazın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz kimi əllərini hələ soyumamış ovcunda hiss etdi…

Get nağılını yaz – Şəfəq Nasir

Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim. İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları …

Get nağılını yaz – Şəfəq Nasir Read More »

Scroll to Top