Tərcümələrim

Qarda sənin qan ləkən – Qabriel Qarsia Markes

Barmağına batan tikanın izi demək olar ki, qalmamışdı. Buna baxmayaraq maşına əyləşəndən sonra qan yenidən açıldı. Nena Dakonte qolunu pəncərədən bayıra çıxardı ki, bəlkə tarlaların şaxtalı küləyi yaralı barmağına məlhəm ola. Amma bunun bir köməyi olmasa da Nena Dakonte hələ ki, həyəcan keçirmirdi. “Əgər kimsə bizi tapmaq istəsə, qan ləkələrinin izilə getmək kifayət edər”, – deyib, əlini havada saxladı. Bu düşüncədəykən ilıq səhər şəfəqləri sanki çöhrəsində yaranmış təbəssümünə tumar çəkirdi.

Ay işığı – Qustavo Adolfo Bekker

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır. Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər. O, bir zadəgan ailəsindən idi. …

Ay işığı – Qustavo Adolfo Bekker Read More »

Ümidsiz sevgi məktubları – İsabel Alyende

Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz …

Ümidsiz sevgi məktubları – İsabel Alyende Read More »

Məhkum olunmuş qadın – Visente Blasko İbanes

On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan pəncərə idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin …

Məhkum olunmuş qadın – Visente Blasko İbanes Read More »

Mavrın qisası – Visente Blasko İbanes

Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu. Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların hamısı onun başına gələnləri nağıl edərək ondan danışırdırlar. Marieta ilk dəfəydi ki, ərinin vəfatından sonra …

Mavrın qisası – Visente Blasko İbanes Read More »

Dənizdə – Visente Blasko İbanes

Günorta saat iki idi ki, birdən qapı döyüldü. – Antonio! Antonio! Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi. Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis …

Dənizdə – Visente Blasko İbanes Read More »

Təhrik – Xavier Serkas

(povest) Latınca belə bir ifadə var: “Zibillikdən dişiylə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz. Qustave Flaubertin Louis Koletə məktubundan  1 Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və …

Təhrik – Xavier Serkas Read More »

Alovlu gecə – Xuan Rulfo

– Sən ki məndən yuxarıdasan, danış, qarşıda bir işarə, işıq gələn yer görürsənmi? – Heç nə görünmür. – Bir şey qalmayıb, indi çatırıq. – Hə, amma heç nə eşidilmir. – Yaxşı bax. – Heç bir şey görmürəm. – Eh… İqnasio, yazıqlar olsun sənə. Yolla gedənlərin zülmətli kölgəsi yerdəki daşların üstündən aşaraq yoxuşdan enişə doğru irəliləyirdi, …

Alovlu gecə – Xuan Rulfo Read More »

Scroll to Top