Kitablar

Ay işığı

Povest və hekayələr

“Ay işığı” kitabında Xavier Serkasın “Təhrik” povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”, İ.Alyendenin “Ümidsiz sevgi məktubları”, V.B.İbanesin “Məhkum olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alıb.

İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povesti vaxtilə İspaniyada bestseller olub və böyük oxucu auditoriyası qazanıb. Əsərin qəhrəmanı Alvaro hüquq məsləhətxanasında işləyən bir ədəbiyyat vurğunudur. Gerçək hadisələr əsasında novella yazmaq qərarına gəlir. Bunun üçün o, üzünü qonşulara – maddi çətinlikdən əziyyət çəkən cavan bir ailəyə, təqaüdə çıxmış qaradinməz qocaya və yaşadıqları evin qapıçısı işləyən qadına tutur. Yazıçı novellasında qələmə aldığı qalmaqalların həqiqətə uyğun olması üşün gerçək həyat hadisələrinə müraciət edir. Ancaq Alvaro qurduğu maxinasiyalara baxmayaraq, reallığın novellaya bənzəmədiyindən peşman deyil.

Axırıncı yol

povest

Əsər Lamiyə adlı bir qızın başına gələn faciədən bəhs edir. Qızı tanıyan qatil kimliyini bildirmədən onun valideynlərini öldürmək üçün qəribə bir üsula əl atır. Bu dəhşətli cinayət Lamiyənin bütün həyatını alt-üst edir. Oxuduğu universitetdən qovulur, sevgilisindən ayrılır, nənəsi həyatıyla vidalaşandan sonra isə tamamilə tək qalır. Rəfiqəsi Lamiyənin maddi durumunu guya yaxşılaşdırmaqdan ötrü onu öz tərəfinə çəkir. Lamiyə bu əxlaqsızlığa nə qədər müqavimət göstərsə də, həyat onu uçuruma sürükləyir və o, sonda özüylə bacara bilməyib gerçəkliklə barışmalı olur.

Xüsusi maddə axtarışında

qısa roman

Azərbaycan Günəşə ən yaxın olan ulduza xüsusi maddə tapmaq ümidilə ekspedisiya göndərir. Kosmik balığın kapitanı Mübarizin qarşısında yalnız bir vəzifə – Alfa Sentavra mümkün qədər tez çatmaq və orada kükürd və neon elementlərinin birləşmə prosesini izləmək dayanır. Ancaq məsələ heç də asan olmur. Qarşıda onları uzun və macəralar dolu bir səyahət gözləyir. Yerdən qaçırılmış rok qrupunun üzvlərini Marsdakı yadplanetlilərdən xilas etməklə Mübariz ona edilən xəbərdarlığa məhəl qoymur. Və bu hadisə ekspedisiyanın dönüş nöqtəsinə çevrilir. Komanda Alfa Sentavra nəzərdə tutulmuş vaxtdan tez çatır və orada yeni sivilizasiya aşkar edir. Bəs onlar xüsusi maddəni tapırlarmı? Bu suala cavab tapmaq üçün əsərin qəhrəmanları ilə Alfa Sentavra səyahət etmək lazımdır.

Leave a Reply

Scroll to Top
%d bloggers like this: