Author name: mmblog

Mən atamı xatırlamıram…

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

Dünya kinosunun retrospektivi (3-cü hissə)

“Hollywood”un dirçəlməsi Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dörünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir …

Dünya kinosunun retrospektivi (3-cü hissə) Read More »

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Lava altında qalmış kilsə

Kuatrosieneqasdan 18 km məsafədə ağ quma bürünmüş ucu-bucağı görünməyən səhralıq uzanır. Mavi səma, ağappaq qum, mərkəzdə isə bir vahə. Tanış olun bura Meksikadır. Ancaq Maya və Azteklərin qədim diyarında görə biləcəyiniz şeylər tək bununla bitmir. Sarı şəhər, Kiriko dərəsi, səma rənginə boyanmış dənizi bədənizlə hiss edə biləcəyiniz Xel-Ha eko-parkı turistlərin sevdiyi istiqamətlərdəndir. Unutmayın ki, dünyanın …

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Lava altında qalmış kilsə Read More »

Yay Üçbucağında 10 maraqlı ulduz klasterini kəşf et

Asterizmlər hansısa bir forma və ya naxış yaradan, lakin bürc əmələ gətirməyən oxşar parlaqlığa malik ulduz qrupudur. Şimal yarımkürəsinin ən məşhur asterizmləri arasında Böyük Ayı və Kiçik Ayı, Peqas Dörbucağı və Yay Üçbucağının adlarını çəkmək olar. İlin isti vaxtlarında bir gecədə zenitə yüksələn Yay Üçbucağı hər zaman müşahidəçilərin marağına səbəb olub. Bu nəhəng asterizm təxminən 415 kvadrat dərəcə ərazini əhatə edir ki, bu da 2000-dən çox bədirlənmiş ay ölçüsünə bərabərdir.

Yupiter və onun qırmızı ləkəsi

Yupiter günəş sistemində 5-ci planetdir və ən böyüyüdür. Yupiterin zolaqları və dairəvi fırtınaları su, amiakdan ibarət olan soyuq buludlardır. Atmosferi əsasən hidrogen və helium qazlarından ibarətdir. Yupiterin məhşur qırmızı ləkəsi Yerdən də böyük olan və yüz illərlə davam edən nahəng bir qasırğadır…

Atamın bağı

Atamın illər öncə Hövsanda minbir əziyyətlə saldığı bağ indi gülüstana çevrilib. Axşamlar tutun kölgəsində qoyulmuş köz samovarının zümzüməsi, qonşu küçələrdə ağız-ağıza verən itlərin hürüşməsi mənə kənd həyatını xatırladır. Yadıma uşaqlıq çağlarımı keçirdiyim Ağdamın Kosalı kəndi düşür. Məmməd babamın evindən, meyvəli bağından ötrü yaman qəribsədim… ANCAQ FOTO

Scroll to Top