ALMODOVAR QIZLARI

,

Published on

KARMEN MAURA, VİKTORİYA ABRİL, PENELOPE KRUZ VƏ BAŞQALARI…

Pedro Almodovarın filmoqrafiyasına nəzər salsaq süjetin ana xəttində mütləq qadın obrazının dayandığını görərik. Lamançalı rejissorun filmləri ispan cəmiyyətini o qədər canlı təsvir edir ki, orada ispan ruhunu sezmək olur. Əlbəttə ssenari nə qədər gözəl yazılsa da “Qayıdış”, “Qadınlar sinir böhranı ərəfəsində”, “Paralel analar”, “Danış onunla” kimi filmlərin uğuru “Almodovar qızları” kimi tanınan aktrisalarsız mümkün olmazdı.

Almodovarın təklifindən imtina etmək bir aktrisa üçün ecazkar ssenarinin tərkib hissəsinə çevrilməmək, ekrandan cəmiyyətlə ünsiyyəti itirmək və nəhayət ulduz olmaq imkanını qaçırmaq deməkdir. “Chicas Almodóvar” yəni Almodovar qızları ifadəsi də elə buradan yaranır.

Siyahıya düşən ilk Almodovar qızı ispan kinosunun tanınmış simalarından biri olan Karmen Mauradır. Aktrisa “Pepi, Lusi, Bom və o biri qızlar” filmində sönük görünsə də “Mən buna layiq deyildim”, “Qadınlar sinir böhranı ərəfəsində” ekran işlərilə parlayıb.

Qadınlar sinir böhranı ərəfəsində (1988) – Karmen Maura

Rejissorun filmləri uğurlu alındıqca “Almodovar qızları” ifadəsi də bir termin kimi öz yerini möhkəmlədib.

Karmen Maura ilə “saçyolduya” çıxan Viktoriya Abril Almodovarın diqqətini cəlb edən növbəti aktrisa oldu. Onun “Sarı məni”, “Hündür dabanlar” və “Kika” filmlərində canlandırdığı obrazlar bir-birindən maraqlı alındı.

blank
Hündür dabanlar (1991) – Viktoriya Abril, Karmen Maura
blank
Kika (1993)
blank
Sarı məni (1989) – Antonio Banderas, Viktoriya Abril

Veronika Forke ilə Almodovar izdivacı isə 3 filmdə davam etdi: “Mən buna layiq deyildim”, “Matador” və “Kika”. Digər çikaslarla müqayisədə Veronika Forkenin özünəxas bir yumoru vardı. O, insanları güldürməyi bacaran birisi idi. Məhz buna görə aktrisanın “Kika” filmindəki oyunu heç zaman yaddaşlardan silinmir.

blank
Kika (1993) – Veronika Forke, Rossi de Palma
blank
Pedro Almodovar, Rossi de Palma, Veronika Forke
blank
Kika (1993)

“Chicas Almodóvar”dan danışarkən əlbəttə ki, Penelope Kruzu yaddan çıxarmaq olmaz. Almodovar və Penelope Kruz bir-birlərinə o qədər yaxındır ki onların ruh əkizi olduğunu düşünürsən. Aktrisa Almopdovarın “Titrək bədən” (1997) filmindən başlamış “Paralel analar” (2021) filminədək düz 7 ekran işində rol alıb. Aktrisanın karyerasında dönüş nöqtəsi isə “Qayıdış” lentidir. İlk dəfə Almodovar “Qayıdış”la Oskara namizədliyini sürüb. Növbəti beynəlxalq mükafat “Viki Kristina Barselona” filmindən gəlib.

blank
Qayıdış (2006) – Penelope Kruz

Pedro Almodovarın ən maraqlı qızlarından biri də Rossi de Palmadır. Onun profilinə vurulmamaq olmur.

blank
Rossi de Palma

Ancaq Rossi de Palma haqqında növbəti yazıda…

blank

Comments

Leave a Reply

You cannot copy content of this page