Dünya kinosunun retrospektivi (2-ci hissə)

Ötən əsrin 60-cı illərində dünyada gözə çarpan dəyişikliklərdən biri senzuranın gecikməsi idi. Prodüsserlər aydın başa düşürdülər ki, erotika və seks tamaşaçıların marağını oyadan bir şeydir. Yəni buna görə tamaşaçı pul xərcləyirdi. Bu illərdə cəmiyyət müasirləşməyə başlamış və əvvəlki illərdə olduğu kimi qalmaqal yaranmırdı. Cəmiyyətdə baş verən dəyişikliklər və sənayenin etdiyi təkid senzorları bir qədər öz tələblərini kənara qoymağa vadar etdi. Erotik səhnələri kəskin şəkildə qadağan etmək əvəzinə onlar filmlərin qiymətləndirmə sistemini yaratdılar.

Dünya kinosunun retrospektivi

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə dinamit qoymaqla fəaliyyətilərini təhlükə altına atdılar. İkinci dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünə və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı.