Bloq

Dünya kinosunun retrospektivi (3-cü hissə)

“Hollywood”un dirçəlməsi Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dörünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir …

Dünya kinosunun retrospektivi (3-cü hissə) Read More »

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Lava altında qalmış kilsə

Kuatrosieneqasdan 18 km məsafədə ağ quma bürünmüş ucu-bucağı görünməyən səhralıq uzanır. Mavi səma, ağappaq qum, mərkəzdə isə bir vahə. Tanış olun bura Meksikadır. Ancaq Maya və Azteklərin qədim diyarında görə biləcəyiniz şeylər tək bununla bitmir. Sarı şəhər, Kiriko dərəsi, səma rənginə boyanmış dənizi bədənizlə hiss edə biləcəyiniz Xel-Ha eko-parkı turistlərin sevdiyi istiqamətlərdəndir. Unutmayın ki, dünyanın …

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Lava altında qalmış kilsə Read More »

Yay Üçbucağında 10 maraqlı ulduz klasterini kəşf et

Asterizmlər hansısa bir forma və ya naxış yaradan, lakin bürc əmələ gətirməyən oxşar parlaqlığa malik ulduz qrupudur. Şimal yarımkürəsinin ən məşhur asterizmləri arasında Böyük Ayı və Kiçik Ayı, Peqas Dörbucağı və Yay Üçbucağının adlarını çəkmək olar. İlin isti vaxtlarında bir gecədə zenitə yüksələn Yay Üçbucağı hər zaman müşahidəçilərin marağına səbəb olub. Bu nəhəng asterizm təxminən 415 kvadrat dərəcə ərazini əhatə edir ki, bu da 2000-dən çox bədirlənmiş ay ölçüsünə bərabərdir.

Yupiter və onun qırmızı ləkəsi

Yupiter günəş sistemində 5-ci planetdir və ən böyüyüdür. Yupiterin zolaqları və dairəvi fırtınaları su, amiakdan ibarət olan soyuq buludlardır. Atmosferi əsasən hidrogen və helium qazlarından ibarətdir. Yupiterin məhşur qırmızı ləkəsi Yerdən də böyük olan və yüz illərlə davam edən nahəng bir qasırğadır…

Həsənin həyəcanlı monoloqu

Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…

Dünya kinosunun retrospektivi (2-ci hissə)

Ötən əsrin 60-cı illərində dünyada gözə çarpan dəyişikliklərdən biri senzuranın gecikməsi idi. Prodüsserlər aydın başa düşürdülər ki, erotika və seks tamaşaçıların marağını oyadan bir şeydir. Yəni buna görə tamaşaçı pul xərcləyirdi. Bu illərdə cəmiyyət müasirləşməyə başlamış və əvvəlki illərdə olduğu kimi qalmaqal yaranmırdı. Cəmiyyətdə baş verən dəyişikliklər və sənayenin etdiyi təkid senzorları bir qədər öz tələblərini kənara qoymağa vadar etdi. Erotik səhnələri kəskin şəkildə qadağan etmək əvəzinə onlar filmlərin qiymətləndirmə sistemini yaratdılar.

BABƏK, YOXSA KƏBAB?

İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram. Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil) – zay. İspanlar bunu bilirmiş kimi bizdən bəzi sözləri mənimsəyərək, öz dillərində işlədib, bəzən də …

BABƏK, YOXSA KƏBAB? Read More »

Scroll to Top