Qalereya

Atamın bağı

Atamın illər öncə Hövsanda minbir əziyyətlə saldığı bağ indi gülüstana çevrilib. Axşamlar tutun kölgəsində qoyulmuş köz samovarının zümzüməsi, qonşu küçələrdə ağız-ağıza verən itlərin hürüşməsi mənə kənd həyatını xatırladır. Yadıma uşaqlıq çağlarımı keçirdiyim Ağdamın Kosalı kəndi düşür. Məmməd babamın evindən, meyvəli bağından ötrü yaman qəribsədim… ANCAQ FOTO

İçərişəhər

İçərişəhər, una ciudad que no se cambió durante siglos. Un centro religioso que yace su historia bajo sus capas culturales. Un destino pacífico para viajeros, un punto de llegada para mercaderes que dejaban atrás miles de kilómetros por el Camino de Seda y un lugar ideal para sumergirse en el pasado, divertirse y hacer fotos memorables. ANCAQ FOTO

Qarabağ…

Füzuli, Cəbrayıl işğaldan sonra… Postu keçib əraziyə daxil olanda sanki başqa bir aləmə düşürsən. Heç zaman keçirmədiyin hissləri yaşayırsan… 30 il həsrətində olduğun, lakin yaddaşından silmədiyin torpaq sənə döyüşdə ağır yaralanan atanı xatırladır. Və bu səni elə sarsıdır ki… düşünürsən, onu bir daha düşmənə güzəştə getsən, “ata” deyib qabağına qaça bilməyəcəksən.

Şuşa

Ötən həftə Qarabağa səfərimiz oldu. Çoxlarının görmədiyi Şuşanın kol-kos basmış küçələrini, dağıdılmış evlərini fotokameranın yaddaşına köçürdüm. Çox təəsirləndim, həm də fərəh hissi duydum. Şuşa mənim yaddaşımda belə iz qoydu… ANCAQ FOTO

Zəfər yolu

ZƏFƏR YOLU – cırmaq-cırmaq aldığımız, addım-addım ayaq basdığımız torpaq, Azərbaycanı zirvəyə aparan yoldur. Şuşa, bu yolun pik nöqtəsi, həm də qürur mənbəyimizdir… ANCAQ FOTO

Scroll to Top