Ədəbi mükafatlar və pul

“PLANET” HEYKƏLCİYİNİ ALANLAR 1 MİLYON AVRO İLƏ TƏLTİF OLUNUR

Hər bir yazıçı tanınmaq, kitablarını satmaq və az da olsa maddi vəziyyətini yaxşılaşdırmaq istəyir. Beynəlxalq ədəbiyyat mükafatları yazıçıların arzularını gerçəkləşdirmək üçün ən gözəl platformadır. Budəfəki yazıda ən çox qonorar verilən ədəbi mükafatlar haqqında danışacam.

Ədəbi mükafatlar nəhəng kitab sənayesini hərəkətə gətirən platformalardır. Bu həm də yazıçılar arasında bir yarışma, yazmaq üçün onlara verilən stimuldur. Bu mənada hər il ABŞ-də keçirilən “Milli Kitab Mükafatları” gənc yazıçılar üçün gözəl başlanğıc ola bilər.

National Book Award

ABŞ-nin Milli Kitab Fondu tərəfindən maliyyələşdirilən “Milli Kitab Mükafatları”na dünyanın 4 bir tərəfindən yaşı 35-dək istənilən müəllif qoşula bilər. Qısa siyahıya düşən finalçılar min, qaliblər isə 10 min ABŞ dolları ilə təltif olunur.

Pulitzer Prize

blank

ABŞ-nin Kolumbiya Universitetinin keçirdiyi “Pulitzer Mükafatları” isə daha geniş sahəni əhatə edir. Jurnalistika, incəsənət və ədəbiyyat istiqamətləri üzrə keçirilən “Pulitzer Mükafatları”nda müəlliflər 23 kateqoriya üzrə təltif olunur. Hər qalibə sertifikat və 15 min ABŞ dolları məbləğində pul verilir.

Internation Booker Prize

blank

Məşhurluğa gedən yol mütləq “Beynəlxalq Buker Mükafatları”ndan keçir. “Buker”i almaq istəyənlər əvvəlcə İngiltərə və ya İrlandiyada çap olunmalıdır. “Buker”in özəl xüsusiyyətlərindən biri də odur ki, 50 min funt sterlinq dəyərində təqdim olunan mükafat müəllif və tərcüməçi arasında bölüşdürülür.

Premio Planeta

blank

İspaniyanın “Planet Mükafatları” çoxlarının bilmədiyi lakin, ən nüfuzlu ədəbi mükafatlardan biridir. Müsabiqə beynəlxalq sayılsa da əsərlər ispan dilində qəbul olunur. “Planet” heykəlciyini alanlar isə 1 milyon avro ilə mükafatlandırılır.

Nobel Prize

blank

Əlbəttə, mükafatların zirvəsində “Nobel” dayanır. 1 milyon dollardan bir qədər artıq olan qonorar yazıçının bir əsərinə deyil, bütün yaradıcılığına görə verilir.

The Hugo Award

blank

Kitab yazmaq yaradıcı bir işdir. Yaradıcılığın özülündə təmənnasız bir azadlıq yanğısı dayanır. “Huqo Mükafatları” qazananlar da məhz ədəbiyyat, sözə qiymət verənlərdir. Hekayə, povest, qısa roman və roman kateqoriyaları üzrə seçilən qaliblər özləri ilə pul mükafatı deyil, ondan da dəyərli olan “Huqo” heykəlciyini aparır.

blank

1 thought on “Ədəbi mükafatlar və pul”

  1. В России у нас есть премия Ясная Поляна:
    «Ясная Поляна» — международная литературная премия за лучшее художественное произведение традиционной формы. Учреждена в 2003 году государственным мемориальным и природным заповедником «Музей-усадьба Льва Николаевича Толстого».

    Reply

Leave a Reply