Posted on

by

Səsiz kino – 7-ci sənətin ilk qığılcımları, insanları xarüqələr dünyasına aparan sabit təsvirlərin möcüzəvi tərpənişi… Hollivudun səssiz, yenilikçi lentləri əsl peşəkarlıq nümunəsi idi. O dövrün filmlərinə baxarkən dünya şöhrəti qazanmış aktyorların öz rolunu necə də həvəslə oynadığının şahidi oluruq. Susmağın qızıl sayıldığı bir vaxtda onların ekranlarda canlanması doğurdan da əsl möcüzədir. Gəlin 100 illik tarixi olan kino sənətinin maraqlı anlarını bir daha gözümüzün önünə gətirək.

***

Səssiz kinonun ən parlaq simalarından biri əlbəttə ki Çarli Çaplindir. “Balaca Tramp” kimi tanın aktyor səssiz kinonun gələcəyini görərək bu sahənin ən gəlirli bir əyləncə növü olduğunu təsbit edib. Aktyorun öz ayaqqabısı ilə nahar etməsi ən çox xatırlanan məqamlardandır.

https://youtu.be/77cLTHanBeA?si=z0I-3dEzThYX4wMC

Duqlas Ferbenks Hollivudun bacarıqlı Elm və İncəsənət Kino akademiyasının banisi və 1929-cu ildə ilk Oskar mərasimini keçirən nəhənglərdən biri sayılır. “Zorro” filmində canlandırdığı obraz hələ ondan sonra dəfələrlə təkrar olunub.

Meri Pikford 1910-1920-ci illərdə böyük populyarlıq qazanan parlaq simalardan biridir. O, həmçinin “United Artists” kino şirkətinin yaradıcısı olub. D.V. Qriffit, Çarli Çaplin, Meri Pikford və Duqlas Ferbenksin 1919-cu ildə təsis etdikləri “United Artists” onlara öz maraqlarını güdməyə və kommersiya studiyalarından asılı olmamağa imkan verib.

Kino və teatr aktyoru, həmçinin yazıçı və rejissor Lilian Qiş “Amerika kinosunun birinci xanımı” kimi tanınır. “Külək” filmində o, Virciniyadan Qərbə doğru səyahətə çıxan Letti Meyson adlı xanımı canlandırır. Qatarda yol gedərkən tanış olduğu bir kişi ona deyir ki, bu yerlərdə külək qadınların ağlını başdan alır. Filmdə səsli dialoq olmasa da sinxronlaşmış musiqi və xüsusi səs effektləri var.

Harold Lloyd isə cəsarətli fəndlərilə tanınır. “Təhlükə sovuşdu!” filmindəki saat səhnəsini isə xatırlamayan yoxdur.

Baster Kiton da komediya artisti kimi tanınır. Ancaq yaraşıqlı aktyorun üzündəki qarışıq və bir qədər də qıcıqlı ifadə onu həmkarlarından fərqləndirir. Aktyorun iştirak etdiyi “General” lenti səssiz kino aləmində ən çox xərc aparan ekran əsəri kimi tarixə düşüb.

Səssiz kinonun ilk uşaq ulduzu isə Ceki Kuqandır. O, 3 yaşında olarkən ekranlarda görünməyə başlayıb. Balaca qıza şöhrət gətirən filmlərdən biri Çarli Çaplinlə birgə oynadığı “Uşaq” filmidir. Bu, Çarli Çaplinin rejissorluq etdiyi ilk tammetrajlı filmidir.

Leave a Reply

You cannot copy content of this page