Günəş sisteminin sonuncu planeti

Tünd, soyuq, güclü küləklər nəticəsində atmosferində zolaqlar əmələ gəlmiş nəhəng buzlu Neptun Günəş sistemində ən sonuncu, səkkizinci planetdir. Yerlə müqayisədə Günəşdən 30 dəfə uzaqda (30 astronomik vahiddə) yerləşir. 1846-cı ildən 2011-ci ilədək Neptun öz orbiti üzrə bir dəfə dövrə vurub.

Neptun səmada adi gözlə görünməyən və kəşf edilməzdən öncə riyaziyyatçılar tərəfindən proqnozlaşdırılan yeganə planetdir.

Planeti 1846-cı ildə Johann Galle kəşf etmişdir. Bu planet dəniz allahının adını daşıyır.

Ölçü və məsafə

Radiusu 39,625268 km olan Neptun yerdən təxminən 4 dəfə böyükdür. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Neptun beysbol topu boyda olardı.

Neptun Günəşdən 4.500 milyon km məsafədə yerləşir ki, bu da 30 astronomik vahidə bərabərdir. Bir astronomik vahid (qısaca AV) Yerdən Günəşə qədər olan məsafə sayılır. İşıq bu məsafədən Neptuna 4 saata çatır.

Orbiti və oxu ətrafında fırlanması

Neptunda bir gün 16 saata bərabərdir. Günəş ətrafında orbitini 165 ilə başa vurur.

Hərdən Neptun cırtdan planet olan Plutondan da o tərəfə gedib çıxır. Plutonun oval orbiti onu Neptunun hüdudlarına gətirib çıxarır. Bu hadisə 20 ildən 248 il aralığında baş verir. Bu zaman Pluton Günəşə Neptundan da yaxın məsafədə olur. Və bu hadisə 1979-cu ildən 1999-cu ilə qədər baş vermişdir. Ancaq Pluton Neptunla heç vaxt toqquşa bilməz.

Neptunun oxu ətrafında fırlanması 28° təşkil edir. Bu cəhət onu Marsa və Yerə bənzədir. Başqa sözlə desək, Neptunda Yerdəki kimi ilin fəsilləri baş verir. Ancaq Neptunda il uzun olduğu üçün hər fəsilin payına təxminən 40 il düşür.

Yaranması

blank

Neptunun formalaşması Günəş sisteminin 4.5 milyon il bundan öncə yaranma dövrünə təsadüf edir. Yaxın qonşusu Uran kimi də bu planet çox güman ki, Günəşin yanında formalaşıb sonradan yerini dəyişmişdir. Bu hadisə 4 milyon il bundan əvvələ gedib çıxır.

Quruluşu

Neptun və Uran Günəş sisteminin ən sonuncu iki planetləridir. Onlar çox boyükdur. Kiçik daş nüvələri su, metan, ammiakla örtülüdür. Nəhəng planetlər sırasında Neptun həm də ən sıx planetdir.

Alimlər belə fikirləşir ki, Neptunun buludları altında qaynar sudan ibarət okean ola bilər. Və bu okean buxarlana bilmir, çünki planetin yüksək cazibə qüvvəsi onu özündə saxlayır.

Səthi

Neptunun sərt səthi yoxdur. Onun sıx atmosferi planetin səthindəki su ilə qarışmışdır.

Atmosfer

blank
Neptunun kiçik tünd ləkəsi

Neptunun atmosferi əsasən hidrogen, helium və bir az da metandan ibarətdir. Neptunun qonşusu Uran tərkibindəki metan qazı sayəsində mavi rəngə çalır, amma Neptun daha parlaq tünd göy rəngdədir. Ola bilsin planetin tərkibində qeyri müəyyən bir element var ki, onu belə rəngə boyayır.

Neptun bizim Günəş sistemində ən küləkli bir yerdir. Planetin uzaq məsafədə yerləşməsinə baxmayaraq Günəşdən az istilik alır, orada olan küləklər Yupiterdən üç dəfə, Yerdən isə doqquz dəfə güclüdür. Külək atmosferdə olan donmuş buludları saatda 2000 kilometrədək ora-bura qovur. Yerdə isə ən güclü külək saatda 400 kilometrə çatır.

1989-cu ildə planetin atmosferində yaranan “Böyük tünd ləkə” adlı oval şəkilli qasırğa o qədər nəhəng idi ki, bütünlüklə Yeri örtə bilərdi. Bu qasırğa o vaxtdan yox oldu amma əvəzində planetin müxtəlif yerlərində yeniləri yarandı.

Həyat mümkünlüyü

Bildiyimiz həyat Neptunun mühitində düşündüyümüz kimi deyil. Hərarət, təzyiq ekstremal həddə çatır və buna görə də orada mürəkkəb orqanizmlər tab gətirə bilməz.

Peyk

blank
Neptun və Triton

Neptunun 13 tanıdığımız və öz təsdiqini gözləyən daha bir peyki vardır. Neptunun ən böyük peyki olan Triton 10 oktyabr 1846-ci ildə William Lassell tərəfindən kəşf olunmuşdur. 17 gündən sonra isə Johann Galle planeti kəşf etmişdir. Neptuna yunan mifologiyasında olan dəniz allahının adı verildiyi üçün, onun peyklərinə də kiçik dəniz allahları və nimfaların adları verilib.

Triton Günəş sistemimizdə ən böyük peykdir. Belə güman olunur ki, bu peyk sərbəst göy cismi olub, sonradan isə Neptunun cazibəsinə düşüb. Triton çox soyuq bir peykdir. Onun səthində hərarət –235°-yə enir. Amma Tritonun belə donmasına baxmayaraq Voyacer 2 zondu orada qeyzerlər aşkar etmişdir.

Halqaları

blank

Neptunun məlum olan 5 halqası vardır. Bu halqalar planetə yaxın məsafədə yerləşir. Adları Galle, Leverrier, Lassell, Arago və Adams kimi alimlərin adlarını daşıyır. Neptunun bu halqaları çox gəncdir.

Neptunun halqaları maraqlı formada qruplaşıb. Onlara Azadlıq, Bərabərlik, Qardaşlıq və İgidlik adları verilmişdir.

Maqnitosfer

Burada maqnitosfer planetin fırlanma oxundan 47° dəyişir. 60° oxu üzərində fırlanan Uranın maqnitosferində olduğu kimi Neptunun da təbiətində oxu ilə maqnetik sahə uzlaşmadığı üçün dəyişikliklər baş verir. Neptunun maqnetik sahəsi Yerin maqnitosferindən 27 dəfə güclüdür.

Tərcümə etdi: Məmməd Məmmədli

Mənbə: nasa.gov

Leave a Reply