Yupiter və onun qırmızı ləkəsi

Yupiter günəş sistemində 5-ci planetdir və ən böyüyüdür. Yupiterin zolaqları və dairəvi fırtınaları su, amiakdan ibarət olan soyuq buludlardır. Atmosferi əsasən hidrogen və helium qazlarından ibarətdir. Yupiterin məhşur qırmızı ləkəsi Yerdən də böyük olan və yüz illərlə davam edən nahəng bir qasırğadır.

Bu planetin 50-dən çox peyki vardır. Alimlər daha çox “Qalileo peykləri” ilə maraqlanırlar. Bunlar 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf olunub və Yupiterin ən boyük dörd peykidir, Avropa, Kalisto, Hanimed və İo. Yupiterin, həmçinin üç halqası vardır, ancaq onları ayırd etmək çətindir.

Yupiter qədim Roma allahlarının padşahı adını daşıyır.

Ölçü və məsafə

69911 km olan Yupiterin radiusu Yerdən 11 dəfə enlidir. Əgər yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Yupiter basketbol topu boyda olardı.

Günəşdən 778 milyon km məsafədə olan Yupiter 5.2 astronomik vahiddə yerləşir. Bir astronomik vahid, qısaca AV, Günəşdən Yerə qədər olan məsafədir. İşıq Günəşdən Yupiterə 43 dəqiqəyə çatır.

Orbiti və oxu ətrafında fırlanması

Yupiter günəş sistemimizdə ən qısa günə malikdir. Yupiterdə bir gün 10 saata bərabərdi. Bu planetin Günəş ətradında fırlanması da çox maraqlıdır. Yupiter Günəş ətrafında orbitini 12 ilə başa vurur. Yupiter orbitinə münasibətdə 3 dərəcə əyilib. Və bu o deməkdir ki, planet tam şaquli vəziyyətdə oxu ətrafında fırlanır. Buna görə də bu planetdə fəsillər yaranmır.

Yaranması

blank

Yupiterin formalaşması 4.5 milyard il bundan öncə Günəş sisteminin yaranması dövrünə təsadüf edir. O zaman Yupiter ətrafında olan qaz kütlələrini özünə çəkərək böyük nəhəngə çevrilmişdir. Əslində Yüpiterin tərkibi elə Günəşin tərkibidir. Sadəcə, Yupiter Günəşdən kiçik olduğu üçün alışa bilməyib.

4 milyard il bundan öncə Yupiter hazırkı orbitində qərarlaşaraq öz həyatını yaşamağa davam edib. O, günəş sistemində 5-ci yerdə dayanır.

Quruluşu

Yupiterin tərkibi Günəşə bənzəyir, əsasən hidrogen və helium qazlarından ibarətdir. Atmosferin dərinliyində təzyiq və hərarət artdıqca hidrogen maye halına düşür. Bu zaman planet sanki böyük dənizə çevrilir. Bu, bildiyimiz dəniz suyu deyil, hidrogen qazından ibarət və günəş sistemində ən böyük okeandır. Alimlər belə hesab edirlər ki, planetin mərkəzində təzyiq o qədər yüksəlir ki, elektronlar öz atomlarına sıxılır və bu zaman metalabənzər elektrik keçirmə qabiliyyəti yaranır. Belə hesab olunur ki, planetin oxu ətrafında sürətlə fırlanması onun zolaqlarında yüksək elektrik cərəyanı yaradır və bu da planetin maqnetik sahəsini artırır. Hələ indiyədək Yupiterin nüvəsinin qazdan və ya sərt metaldan ibarət olması məlum deyil. Ola bilsin ki, nüvənin mərkəzində hərarət 50.000 dərəcəyə çatsın və tərkibi dəmir və silikatlardan ibarət olsun.

Səthi

Nəhəng qaz yığnağı olduğundan Yupiterin sərt səthi yoxdur. Təsəvvür edin ki, kosmik gəmi Yupiterə enməyə çalışır. Bu zaman onun atmosferində belə uçmaq xəsarətsiz ötüşməyəcək. Yüksək dərəcədə və təzyiqdə olan qazlar ora eniş yapmaq istəyən komik gəmiləri dağıdacaq, əzəcək və əridəcək.

Atmosfer

Bu qazlı planetin atmosferi çox guman ki, üç qatdan ibarətdir və 71 km qalınlığındadır. Səmada axan buludlar çox guman ki, buzlu ammiak, orta təbəqədə isə ammiak və hidrosulfat kristallarından ibarətdir. Səthə yaxın təbəqədə isə qaz halında su buxarı ola bilər.

Planetin səthində görünən zolaqlar kükürd və fosfor tərkibli qazlardan ibarət ola bilər. Yupiterin 10 saat ərzində tam fırlanması qaz cərəyanlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman qazlar müxtəlif tərkibdə olduğu üçün fərqli zolaqlar əmələ gəlir.

Yupiterin sərt səthi olmadığından fırlanan qazlar dayana bilmir və buna görə də planetin atmosferində 100 illərlə çəkən fırtınalar əmələ gəlir. Fırtınalı Yupiterdə güclü küləklər əsir və küləyin ekvatorda sürəti saatda 539 kilometrə çatır. Planetin səthində olan böyük qırmızı ləkə Yerdən iki dəfə böyükdür və 300 ildir ki, müşahidəçilərin gözündən yayınmır. Bu yaxınlarda 3 o qədər də böyük olmayan ləkələr birləşib kiçik qırmızı ləkə yaratdılar.

Həyat mümkünlüyü

blank
Yupiter və onun Qaliley peykləri: Ailəvi portret

Yupiterin mühiti hamımızın bildiyi həyat kimi yararlı deyil. Hərarət, təzyiq mühiti hədsiz etdiyindən canlı orqanizmlər burada həyata uyğunlaşa bilməz. Ancaq platentin peyklərində həyat mümkün ola bilər. Avropa həyt üçün yararlıdır və buna görə də orada həyat axtarılır. Belə guman olunur ki, peykin səthindəki donmuş suyun altında həyat axır.

Yupiter dörd böyük və çoxlu sayda müxtəlif peykləriylə kiçik günəş sistemini formalaşdırır. Yupiterin 53 peyki vardır. Onlardan 14-ü müvəqqəti xarakter daşıyır. Yupiterin 4 böyük peykləri olan İo, Avropa, Hanimed və Qalileo 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Bu peykləri biz Qalileo peykləri kimi tanıyırıq. İo vulkanik cəhətdən çox aktivdir. Hanimed günəş sistemində ən böyük peykdir (Merkuridən də böyükdür). Avropanın buzlu səthin altındakı okeanda həyat ola bilər. Bu onu çox maraqlı edir.

Halqa

1979-cu ildə NASA-nın Voyecer 1 kosmik aparatı tərəfindən Yupiterdə halqaların kəşfi böyük təəccübə səbəb oldu. Qalileo kosmik aparatın Yerə ötürdüyü məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, orada olan kiçik asteroidlər bir-birlərilə toqquşan zaman xırda hissələrə, hətta toz halına çevrilir və nəhəng planetin halqa sistemini əmələ gətirirlər.

Maqnitosfer

Yupiterin nəhəng maqnetik sahəsi Yerdən 16-54 dəfə güclüdür. O planetlə birgə fırlanır və elektrikləşmiş bütün hissələri arxasınca aparır. Planetin yaxınlığında olan maqnetik hissəcikləri ələ keçirir və öz cazibəsinə salaraq sürətləndirir. Bu zaman radiasiya yaranır və özünə yaxın olan peykləri və ya kosmik gəmini bombardıman edir.

Tərcümə etdi: Məmməd Məmmədli

İstinad: galacticoddball.wordpress.com

Mənbə: nasa.gov

Leave a Reply