Tag: İspan ədəbiyyatı
-
-
Əcaib əkizlər – Sabina Urraka
Cinsiyyət üzvünün vaginanın içinə girib ağımsov mayenin fısqırtdığını ilk dəfə biləndə belə boztəhər və sakit təbiətli bir adamın Raisa və Paula kimi iki enerjili qızı mayalandırmaq üçün birdəfəyə o mayedən nə qədər ifraz etdiyini təsəvvürümə gətirə bilmirəm…
Written by
-
Ay işığı – Qustavo Adolfo Bekker
Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır. Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər. O, bir zadəgan ailəsindən idi.…
Written by
-
Məhkum olunmuş qadın – Visente Blasko İbanes
On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin…
Written by
-
Mavrın qisası – Visente Blasko İbanes
Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu. Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların hamısı onun başına gələnləri nağıl edərək ondan danışırdırlar. Marieta ilk dəfəydi ki, ərinin vəfatından sonra…
Written by
-
Dənizdə – Visente Blasko İbanes
Günorta saat iki idi ki, birdən qapı döyüldü. – Antonio! Antonio! Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi. Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis…
Written by
-
Təhrik – Xavier Serkas
(povest) Latınca belə bir ifadə var: “Zibillikdən dişiylə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz. Qustave Flaubertin Louis Koletə məktubundan 1 Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və…
Written by