Üçrəngli bayrağın açması

Yadıma elektromaqnit – radio, mikro, infra qırmızı və s. dalğalar düşdü. Bizi digər canlılardan, sivilizasiyalardan fərqləndirən cəhətlərdən biri də rəngləri seçmə qabiliyyətimizdir. Başqa sözlə, daltonikləri nəzərə almasaq gözümüz 3 rəngi – göy, yaşıl, qırmızı və onların çalarını görür. Fizika dilində desək, bu rənglər 400-700 nanometrdə özünə yer tapır. Nə demək istədiyimi indi açıqlayım. Bayrağımızda təsvir olunan göy, yaşıl, qırmızı rənglər insanın görmə qabiliyyətini nümayiş etdirir. Yəni yadplanetli sivilizasiyalar bayrağımızı tədqiq etsə bizim necə bir məxluq olduğumuzu kəşf edə bilərlər. Ulduz və aypara isə kainatdakı koordinatlarımızı göstərir. Başqa sözlə desək biz yerliyik və başımızın üstə bir təbii peyk fırlanır. Ulduzun səkkizguşəli olması, günəş sistemində 8 planetin dövr etməsindən xəbər verir. Pluton və ondan sonra kəşf edilən daha iki planetoid Günəşin cazibəsindən tam çıxa bilməyən göy cisimləridir. Yəni üçrəngli bayrağımız bütün insanların bayrağıdır əslində. Azərbaycan bütün ölkələr üçün bir nümunədir.

Zənnimcə qırmızıyla yaşıl zolağın yerlərini dəyişsək rənglər elektromaqnit dalğalar diaqramına uyğun olar.

mmblog

Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanesin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. 2016-cı ildə “Xüsusi maddə axtarışında” povestini bitirib. Azərbaycanda ədəbiyyatın bu qolu populyar olmasa da Məmməd Məmmədli məhz bu istiqamətdə əsərlər yazmağa meyillidir. Kainat, yadplanetlilər onun üçün əsas mövzulardı. Yazıçı bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “İki dünya arasında” və “Ərafın dərin qatlarında” hekayələri kulis.az saytında da dərc olunub.

Leave a Reply