YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ
Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Yadplanetlilər onların içində gizlənən müəmmanı canlarından sovurub çıxarmışdı. Bəs görəsən, Yer planetinin Yupiterin qaz atmosferində batırılması mesajının arxasında nə gizlənirdi?
Əlavə olaraq kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və daha üç hekayəsi daxil edilib.
Redaktor: Şəfəq Nasir
“Zərdabi Nəşr” MMC, Bakı, 2025, 176 səh.
© Məmməd Məmmədli, 2025
AY İŞIĞI
"Ay işığı" (povest və hekayələr) kitabında İspaniya, Meksika və Çili yazıçılarının əsərləri toplanıb. Məmməd Məmmədlinin tərcüməsində təqdim olunan müəlliflərdən vaxtilə İspaniyada bestseller olmuş Xavier Serkasın "Təhrik" povestini, həmçinin V.B. İbanyez, İ. Ayende, X. Rulfo, Q.A. Bekker kimi məşhurların hekayələrini oxumaq olar.
Azərbaycan Yazıçılar Birlliyi və Ulduz jurnalının birgə layihəsi
Layihə rəhbəri: Qulu Ağsəs
İspancadan çevirəni: Məmməd Məmmədli
Redaktor: Həyat Şəmi
Bakı, “Təhsil” 2019, 144 səh.
AXIRINCI YOL QƏHVƏXANASI
Kimliyini bildirməyən qatil Lamiyənin valideynlərini öldürmək üçün qəribə bir üsula əl atır. Bu dəhşətli hadisə qızın həyatını bütünlüklə alt-üst edir. Oxuduğu universitetdən qovulur, sevgilisindən ayrılır, nənəsi həyatıyla vidalaşandan sonra isə tamamilə tək qalır. Şirin, Lamiyənin rəfiqəsi qızın maddi durumunu guya yaxşılaşdırmaqdan ötrü onu “Axırıncı yol qəhvəxanası”na çəkir. Lamiyə Şirinin şirnikləndirici təkliflərinə nə qədər müqavimət göstərsə də gerçəkliklə barışmalı olur.
Qeyd: "Axırıncı yol qəhvəxanası"nı "Yerdələnin birinci mərtəbəsi" povest və hekayələr toplusunda oxumaq olar.
XÜSUSİ MADDƏ AXTARIŞINDA
Azərbaycan Günəşə ən yaxın olan ulduza xüsusi maddə tapmaq ümidilə ekspedisiya göndərir. Kosmik balığın kapitanı Mübarizin qarşısında yalnız bir vəzifə dayanır – Alfa Sentavra mümkün qədər tez çatmaq və orada kükürd və neon elementlərinin birləşmə prosesini izləmək. Ancaq məsələ heç də asan olmur. Qarşıda onları uzun və macəra dolu bir səyahət gözləyir. Yerdən qaçırılmış rok qrupunun üzvlərini Marsdakı yadplanetlilərdən xilas etməklə Mübariz ona edilən xəbərdarlığa məhəl qoymur. Və bu hadisə ekspedisiyanın dönüş nöqtəsinə çevrilir. Komanda Alfa Sentavra nəzərdə tutulmuş vaxtdan tez çatır. Bəs onlar xüsusi maddəni tapırlarmı? Bu suala cavab tapmaq üçün əsərin qəhrəmanları ilə Alfa Sentavra səyahət etmək lazımdır.