Dünya kinosunun retrospektivi (3-cü hissə)

“Hollywood”un dirçəlməsi Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dörünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir … Read more

Dünya kinosunun retrospektivi

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə dinamit qoymaqla fəaliyyətilərini təhlükə altına atdılar. İkinci dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünə və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı.