Mars planetin Sidoniya ərazisində gərgin döyüşlər davam edir.
Marslıların bizdən gizləltdiyi – real görüntünü təhrif edərək insan sifətinə bənzər qranit abidə kimi qələmə verdikləri “səddin” sirri açılmaq üzrədir.
NASA-da etibarlı mənbələrdən əldə edilən məlumata görə insanların “Warriors 1” və “2” döyüş gəmiləri artıq sözügedən abidənin 200 kilometrliyində eniş ediblər.
Marslıların “Vahimə” silahı qaşısında yerlilərin cəsarətli ürəyi döyüşün hansı ssenari ilə bitəcəyinə bir qədər bulanıq fikirlər gətirir. Ancaq ümid etməyə dəyər…
Qeyd edək ki, insanlar qonşu planetin əsl sahiblərini Günəş sistemindən süpürüb atmaq üçün boz məxluqlarla sövdələşmişdilər. Buna cavab olaraq marslılar bizi inkişafdan geri qoyacaqlarını, bir növ insan şüurunu qəfəsə salacaqlarını bəyan etmişlər. Nəticədə “partlayış” baş vermiş və hər iki tərəf arasında sağ qalmaq instinkti dərinləşmişdir.
Leave a Reply