ABSURD XƏBƏRLƏR: “Boz məxluqlar”ın bazası nüvə silahı ilə məhv ediləcək

Mars planetində “boz məxluqlar”ın 4 bazası aşkar olunub. Yadplanetlilərin hansı işlə məşğul olmaları naməlum olaraq qalır.

Azərbaycan Yerli Hava və Orbital Qüvvələr Komandanlığından verilən məlumata görə bazaların dördü Mariner çökəkliyində, ikisi qütblərdə, biri isə Olimp dağın zirvəsində – qayaların dərinliklərində yerləşir.

Məlumatda qeyd olunur ki, bazalar arasında əlaqə qazılmış torpağın altında min kilometrlərlə uzanan boruyabənzər keçidlər vasitəsilə qurulub.

Yerli Hava və Orbital Qüvvələr Komandanı cənab *** bildirib ki, Azərbaycan, Türkiyə və Yaponiyanın birgə tərəfdaşlığı ilə planetə missiya hazırlanır. Yaxın zamanlarda “boz məxluqlar”ın naməlum sığınacaqları əvvəlcə nüvə silahı, ardınca da kimyəvi bomba ilə məhv ediləcək.

Leave a Reply