BABƏK, YOXSA KƏBAB?

İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram.

Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil) – zay. İspanlar bunu bilirmiş kimi bizdən bəzi sözləri mənimsəyərək, öz dillərində işlədib, bəzən də onları tərsinə yazıblar. Misal: Araz (çay) – Zara (geyim brendi), Otaq – qato (pişik), Anar – rana (qurbağa).

Azərbaycan dilində “paz” sözünü dilimizdə tez-tez işlədirik. Paz vurmaq, paz yeritmək. İspanca “paz” sülh mənasını daşıyır. Başqa bir misal: Bakının yaxınlığında Puta qəsəbəsi var. İspan dilində “puta” fahişə deməkdir. İman (imana gəlmək sözündən) ispanca maqnit mənasında işlənir. Bildiyimiz “Elmar” adı ispanca dəniz deməkdir (“el” burada artikldir). “Mar” sözünü tərsinə oxusaq Azərbaycan dilində “ram” etmək mənasını verir.

“Ərəb” sözü tərsinə oxunanda “bərə” alınır. Deyilənlərə görə ərəblər bərələrdə yaşadığı üçün bu adı qazanıblar. Türk dilində “para” sözünün də ərəbin (arap) tərsinə variantına oxşadıram. Amma ispan dilində “para” üçün deməkdir. Para ti, yəni sənin üçün. Məncə, ərəblərə adı biz vermişik, çinlilərə və ruslara verdiyimiz kimi… Fikirləşə bilərsiniz, ispanların ərəblərlə nə əlaqəsi? Məlumdur ki, bir vaxtlar İspaniya Ərəb xilafətinin müstəmləkəsi altında olub.

Axtarış etsək daha çox söz tapıb ortaya çıxarmaq olar. Hələ ki bildiyim bu qədər…

Leave a Reply

Scroll to Top
%d bloggers like this: