2022

Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen

Hollivudun əzəmətli ulduzlarından fərqli olaraq bəstəboy, eynəkli, insanda heç bir simpatiya yaratmayan Vudi Allen özünün intellektual yumor hissi ilə Şimali Amerika kino elitasının məşhuruna, bəlkə də son onilliyin ən məhsuldar rejissoruna çevrilib. Vudi Allen kimi heç kəs nevrotik, qorxaq, özünə əmin olmayan və həyatından bezmiş adam obrazını yarada bilməyib. O, özünü xarakterizə edərkən deyirdi: “Mən …

Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen Read More »

Qarabağ…

Füzuli, Cəbrayıl işğaldan sonra… Postu keçib əraziyə daxil olanda sanki başqa bir aləmə düşürsən. Heç zaman keçirmədiyin hissləri yaşayırsan… 30 il həsrətində olduğun, lakin yaddaşından silmədiyin torpaq sənə döyüşdə ağır yaralanan atanı xatırladır. Və bu səni elə sarsıdır ki… düşünürsən, onu bir daha düşmənə güzəştə getsən, “ata” deyib qabağına qaça bilməyəcəksən.

Fərhad Yalquzaq: avanqard rəsmlərdə rəssamın intellekti, daxili aləmi üzə çıxır

Abstrak rəsmləri anlamaq üçün insanın intellektual səviyyəsi yüksək olmalıdır. Belə rəsmləri yalnız rəssamın ötürdüyü “dalğaya” köklənərək hiss etmək lazımdır. Emalatxanada işləyəndə bir də görürsən əsər kompozisiya, rəng həlli baxımından gözəl olsa da nəsə çatmır. Oturub saatlarla əsərə baxırsan, ancaq onda olan çatışmazlığı görə bilmirsən və qara rəngi götürüb 3 ay əmək sərf etdiyin rəsmin üstünə yaxırsan. Bu zaman əsəri ya bitirirsən ya da onu məhv olmuş hesab edirsən. Təəssüf ki, belə hallar tez-tez baş verir.

Şuşa

Ötən həftə Qarabağa səfərimiz oldu. Çoxlarının görmədiyi Şuşanın kol-kos basmış küçələrini, dağıdılmış evlərini fotokameranın yaddaşına köçürdüm. Çox təəsirləndim, həm də fərəh hissi duydum. Şuşa mənim yaddaşımda belə iz qoydu… ANCAQ FOTO

Zəfər yolu

ZƏFƏR YOLU – cırmaq-cırmaq aldığımız, addım-addım ayaq basdığımız torpaq, Azərbaycanı zirvəyə aparan yoldur. Şuşa, bu yolun pik nöqtəsi, həm də qürur mənbəyimizdir… ANCAQ FOTO

Ərafın dərin qatlarında

O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”

İki dünya arasında

Yerin mənzərəsini iluminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfldən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. …

İki dünya arasında Read More »

Scroll to Top